Türkiyənin Hatayın Kırıkhan rayonunda bir evdə axtarış  aparılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Hatay valiliyi açıqlama yayıb.

Məlumata görə, Hatayın Kırıkhan rayonunda daxil ollan məlumat əsasında bir evdə aparılan axtarışla 8 min 248 ədəd kiçik qızıl sikkə, 15 böyük  sikkə, 2 üzük formalı sırğa, 4 üzükı, həssas tərəzi və narkotik vasitələrdən istifadə üçün nəzərdə tutulan qurğu aşkarlanaraq götürülüb.

Məlumata görə, ev sahibi saxlanılıb. Faktla bağlı araşdırma gedir.

Firudun Səfərli

MİA.AZ