Bu gün bir sıra media resurslarında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin vəzifəsindən azad olunacağı ilə bağlı xəbər yayılıb. 

Məlumata görə, nazir Tapdıq Əliyev vəzifəsindən tezliklə azad olunacaq.

Mia.az bildirir ki, Manset.az yayılan xəbərlə bağlı iqtisadiyyat naziri Tapdıq Əliyevlə əlaqə saxlayıb.

O, sayta açıqlamasında məlumatı təkzib edib: "Mən hazırda işimin başındayam. Öz vəzifəmi icra edirəm. Bunu kim deyib sizə? Mənimlə bu barədə söhbət olmayıb. Belə məlumatlar dezinformasiyadır".