ABŞ Dövlət Departamenti “Politico” nəşrinin yazdıqlarını təkzib edib.

Mia.az-ın xəbərinə görə, “Politico” nəşrində işıq üzü görən məqalədə qeyd edilib ki, guya ABŞ dövlət katibi Antoni Blinken amerikalı konqresmenlərlə görüşdə Azərbaycanın yaxın həftələrdə Ermənistana hücum edə biləcəyi barədə xəbərdarlıq edib.

Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller bildirib ki, “Politico” nəşrində işıq üzü görən məqalə yanlışdır və Antoni Blinkenin konqresmenlərlə danışığını əks etdirmir.(APA)

Xatırladaq ki, həmi məqalədə adı açıqlanmayan iki konqresmenə istinadla Blinkenin adıyla iddia olunurdu ki, guya Azərrbaycan yaxın həftələrdə Zəngəzur dəhlizinin nəzərdə tutulduğu əraziyə hücum edərək, oranı ələ keçirəcək.

Tahir

MİA.AZ