"Mina qurbanlarının sayı 333 nəfərə çatıb".
Mia.az xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Füzulidəki mina partlayışı ilə bağlı paylaşımda deyilir:
"Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları öldürməkdə və şikəst etməkdə davam edir. Bu gün 1 mülki şəxs həlak olub, 1 nəfər yaralanıb, qurbanların sayı 333-ə çatıb. Beynəlxalq ictimaiyyət bu təhlükəyə göz yummamalı və Ermənistanı mina sahələrinin dəqiq xəritələrini verməyə çağırmalıdır".