"Qəzzada camaatı ac saxlamaq müharibə cinayətidir".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə BMT-nin Fələstin üzrə Xüsusi Məruzəçisi açqılama verib.
O bildirib ki, Qəzzaya humanitar yardıma imkan verilməməsi, qaz, su, işıq xətlərinin kəsilməsi yolverilməzdir: "Resursların kəsilməsi və blokada altında olan Qəzza əhalisinin aclığa, susuzluğa məhkum olunması müharibə cinayətidir. Əgər bu qəsdən edilirsə, insanlığa qarşı cinayətdir".
Tahir
MİA.AZ