Energetika naziri Pərviz Şahbazov Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novakın dəvəti ilə bu ölkəyə səfər edib.

Mia.az xəbər verir ki, nazir cari ilin 11-13 oktyabr tarixlərində Moskva şəhərində keçiriləcək “Rusiya Enerji Həftəsi” 6-cı Beynəlxalq Forumunda iştirak edəcək.

Forum çərçivəsində energetika nazirinin “Turbulentlik dövründə qlobal neft və qaz bazarının idarə edilməsi” sessiyasında müzakirələrə qatılması və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.