“İsraildən təxliyə məsələsi hələ ki gündəlikdə deyil”.

Mia.az xəbəır verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə deyib.

O bildirib ki, ölkədən çıxmaq istəyənlər və bununla bağlı müraciət edənlər azdır: “Onlar da müntəzəm reyslərlə ölkəyə gəlirlər. Yəni hələ ki təxliyəyə ehtiyac yoxdur. Belə bir məsələ nəzərdə tutulmayıb”.

Onun sözlərinə görə, İsraildəki səfirliyimiz fasiləsiz fəaliyyət göstərir: "Hazırda Təl-Əvivdə əhali küçəyə çıxmır: “Səfirlik daim vətəndaşlarımızla təmasdadır. İş prosesi davam edir. Vətəndaşlarımızın həlak olması və ya yaralanması ilə bağlı səfirliyə məlumat daxil olmayıb".