Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə cavab bəyanatı qəbul edib.

Mia.az xəbər verir ki, bəyanatın mətnini deputat Tural Gəncəliyev oxuyub.

Bəyanatda deyilir: "Milli Məclis Avropa Parlamentinin qətnaməsinə qəti etiraz edir və bu addım şiddətlə qınanılır. Azərbaycanın Avropa Parlamentinin qarşısında heç bir öhdəliyi yoxdur. Məlumdur ki, qərəzli qətnamə Fransanın təhriki ilə antiazərbaycan deputatların saxla məlumatları əsasında hazırlanıb".

***

Bu gün Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsinə cavab olaraq bəyanat qəbul edəcək.

Mia.az xəbər verir ki, məsələ parlamentin oktyabrın 6-da keçiriləcək plenar iclasının gündəliyinə salınıb.

Xatırladaq ki, Avropa Parlamenti oktyabrın 5-də Azərbaycanla bağlı qərəzli qətnamə qəbul edib.