Tehranda səfərdə olan Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov bu gün İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla görüşüb.

Mia.az APA-ya istinadla xəbər verir ki, Xələf Xələfov İran XİN rəhbəri ilə ikitərəfli münasibətləri müzakirə edib.

Tərəflər eyni zamanda, regiondakı vəziyyətə dair fikir mübadiləsi aparıblar.