"Rusiya Qarabağda üzərinə düşən vəzifələri yerinə yetirir".

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

Qarabağdakı vəziyyətlə bağlı açıqlama verən Şoyqu bəyan edib ki, Rusiya sülhməramlıları  münaqişənin kəskinləşdiyi şəraitdə belə, regionda üzərinə düşən vəzifələri yerinə yetirməkdə davam edir: "Müharibə edən tərəflər Rusiya sülhməramlılarının vasitəçiliyi sayəsində tam atəşkəs haqqında razılığa gəliblər. Hazırda sülhməramlılarımız bölgıdə üzərinə düşən missiyanı məsuliyyətlə icra edirlər".

Lamiyə Əhmədli

Mia.az