Türkiyənin Sabiha Gökçen Hava Limanında əcnəbi vətəndaşlardan birinin bədəninə bağladığı gizli geyim bağlamasından 7 milyon 552 min lirə (465 min manat) dəyərində 15 qol saatı aşkarlanıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hərəkətləri şübhə doğuran həmin şəxsin çantaları gömrük yoxlamasından keçsə də, şübhəli heç nəyə rastlanmayıb. Lakin üst yoxlaması zamanı onun geyindiyi "corabları"nın içərisində gizlədilmiş bahalı markalardan birinə məxsus 15 ədəd qol saatı aşkar edilib: "Bazar dəyəri 7 milyon 552 min türk lirəsi olan lüks saatlar müsadirə edilib. Faktla bağlı İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən istintaq başladılıb".
Samir
MİA.AZ