Rusiya lideri Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində yenidən namizəd olacaq.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə “Kommersant” qəzetində məqalə yazılıb.

Məqalədə bildirilib ki, Rusiya prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyinə dair gələn ay bəyanat verəcək.

Qəzet Rusiya Prezident Administrasiyasına yaxın olan mənbəyə istinadlla yazıb ki, noyabr ayında Putinin liderliyi ilə böyük konfrtans keçiriləcək: "O konfransda Putinin martda keçiriləcək prezident seçkisində namizəd olacağı elan olunacaq".

Məlumata Kremldən şərh verilməyib.

Xatırladaq ki, Putin 1999-cu ilin sonundan Rusiyaya rəhbərlik edir.

Oktyabrın 7-də Putinin 71 yaşı tamam olacaq.

Lamiyyə Əhmədli

MİA.AZ