Rusiyanın Ural markalı neftinin orta barel qiyməti 83 dollara çatıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Ural" neftinin sentyabr ayı boyunca G7 ölkələri tərəfindən 20222-ci ilin dekabrından tətbiq olunan 60 dollar tavan qiymətini aşaraq 83 dollara satılıb.
Bu barədə Rusiya Maliyyə Nazirliyinin açıqlamasında deyilir ki, "Brent" markalı neft isə sentyabr ayında ortalama 93,9 dollardan satışda olub.
Rusiya Maliyyə Nazirliyi avqust ayında isə "Ural" neftinin ortalama satış qiymətinin 64,37 dollar olduğunu elan edib.
Samir
MİA.AZ