"Həm ünvanlı sosial yardım, həm də məşğulluqla bağlı dinləmə keçirilsə, yaxşı olar".
Mia.az xəbər verir ki, bu təklifi deputat Siyavuş Novruzov Milli Məclisin bugünki plenar iclasında verib.
O bildiirb ki, 15 ilə yaxındır bu sahəyə 300 milyon manatadək vəsait xərclənib: "Bəlkə də daha effektiv olması üçün ünvanlı sosial yardımın qaydalarında dəyişiklik olmalıdır. Birinə deyirlər adına köhnə sovet maşını var və sənə yardım düşmür", o birinə deyirlər adına torpaq sahəsi var, sənə yardım düşmür. Hesab edirəm, Ünvanlı Sosial Yardımın qaydalarında dəyişiklik edilməlidir".
Samir
MİA.AZ