Azərbaycanda 3 seçkl dairəsi ləğv olunur.
Mia.az xəbər verir ki, bu barədə REAL Partiyasının sədri İlqar Məmmədov sosial media hesabında yazıb.
O bildirib ki, MSK tərəfindən onlara üzvlərinin təmsil olunduğu bu üç seçki dairəsinin ləğvi barədə bildiriş göndərib: "Bildirişə görə, 114 saylı Şəki kənd birinci seçki dairəsi, 76 saylı Lənkəran-Astara seçki dairəsi və 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi ləğv ediləcək.Əvəzində isə Sumqayıtda 2, Abşeronda isə 3 yeni seçki dairəsi yaradılacaq. Bunları haradan bilirik? Sözügedən o 3 dairədə partiyamızın təqdim etdiyi Dairə Seçki Komissiyası üzvləri var və dünən MSK bizə şifahi şəkildə onların yerinə yeni dairələrdə üzv təklif etməli olduğumuzu bildirib".
MİA.AZ