Pakistanın Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsindəki qondarma seçkiləri pisləyib.

Mia.az xəbər verir ki. bu barədə yayılan açıqlamada deyilir: “Pakistan Qarabağı Azərbaycan Respublikasının suveren ərazisi hesab edir və qeyri-qanuni qurulmuş rejimin qondarma "seçkilər" keçirmək cəhdi hüquqi və mənəvi cəhətdən pislənilir. Belə cəhd həm də BMT Nizamnaməsinin və mövcud beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır”.