Ədliyyə Nazirliyi daha bir partiyanı təkrar qeydə alıb.
Mia.az xəbər verir ki, nazirlik Sərdar Cəlaloğlunun sədri olduğu Azərbaycan Demokrat Partiyasının (ADP) təqdim etdiyi 5 mindən artıq üzvlük siyahısını təkrar süzgəcdən keçirərək müsbət qərar veribv.
Xatırladaq ki, indiyək 11 partiya qeydiyyata alınıb. Hələlik AXCP və Müsavatın təkrar müraciətinə isə cavab verilməyib.
Mia.az-ın əldə etdiyi məlumata görə, yaxın günlərdə bur partiaylarla bağlı da müsbət qərar veriləcək.
Samir
MİA.AZ