Xarici işlər naziri Ceyhun Bayramov xorvatiyalı həmkarı Qordan Qrliç-Radmanla görüşüb.

Mia.az xəbər verir ki, bununla bağlı Azərbaycan XİN-in rəsmi "X" hesabında paylaşım olub: Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Xorvatiyanın xarici və Avropa işləri naziri Qordan Qrliç-Radmanın geniş tərkibdə görüşü olub. Görüşdə Azərbaycan və Xorvatiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq və regional məsələlər müzakirə edilib".