Çin sədri Si Cinpin sentyabrın 9-10-da Hindistanın paytaxtı Yeni Dehlidə keçiriləcək G20 Liderlər Zirvə toplantısına qatılmayacaq.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning ənənəvi brifinqdə açıqlama verib.
O bildirib ki, sammitdə ölkəni baş nazir Li Çianqın təmsil edəcək.
G20-ni qlobal iqtisadi və maliyyə əməkdaşlığı üçün mühüm forum kimi gördüklərini ifadə edən Mao ölkə başçısının sammitə qatılmamasının səbəb barəəd danışmayıb: “Ümid edirik ki, G20 dünya iqtisadiyyatında yaranan böhranlı vəziyyətdə yeni çağırışlara "qulaq verərək", iqtisadi canlanma və davamlı inkişaf üçün konsensusa gələcək".
Samir Musayev
MİA.AZ