"Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" qaz-kondensat yatağının illik hasilatı 4 dəfəyə qədər artırılacaq".

Mia.az xəbər verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazov sosial media hesabında paylaşım edib: ""Abşeron" yatağından ilk qazın verilməsi mərasimində iştirak etdik. “Abşeron”un tələbatımızı və ixracı nəzərə alan mərhələli inkişafı, illik hasilatın 1,5 milyard kubmetrdən 6 milyard kubmetrədək çatdırılması ilə bağlı planlar ölkəmizin və tərəfdaşlarımızın enerji təhlükəsizliyinə mühüm töhfədir".