Bu gün Azərbaycan üçün tarixi əhəmiyyətə malik bir tədbir - "Abşeron" qaz-kondensat yatağından ilk qazın verilməsi mərasimi keçirilir.
Mia.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşım edib.
Nazirin sözlrinə görə, "Abşeron" qaz-kondensat yatağının fəaliyyəti ölkəmizin enerji potensialının reallaşdırılmasına, Azərbaycan qazının beynəlxalq bazarlara çatdırılmasına və ölkəmizin iqtisadi potensialının gücləndirilməsinə mühüm töhfələr verəcək: "Bu əlamətdar hadisədə əməyi olan hər kəsə təşəkkür edir və uğurlar diləyirik".