“Ağdam-Xankəndi yolunun girəcəyindəyik”.
Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev sosial media hesabındakı paylaşımda yazıb.
O bildirib ki, diplomatik korpus və beynəlxalq jurnalistlər qrupu yolun funksionallığı və Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən gətirilən undan ibarət iki maşın ərzaq yükü ilə tanış olacaqlar.