Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəni Zəfər günü münasibətilə təbrik edib.
Mia.az xəbər verir ki, nazir bu barədə sosial media səhifəsində paylaşım edib: "Bu gün qardaş Türkiyənin İstiqlal Savaşındakı əzm və qəhrəmanlığı ilə əldə edilmiş şanlı qələbəsinin təcəssümü olan Zəfər Bayramının 101-ci ildönümü qeyd olunur. Bu münasibətlə təbriklərimi çatdırır, şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla anıram".