Prezident Ərdoğan bu gün saat 14.00-da Bahçelinin Ankaradakı şəxsi iqamətgahında MHP sədri Dövlət Baxçalı ilə görüşüb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüşdə bələdiyyə seçkilərinə hazırlıqlar və Türkiyə iqtisadiyyatında baş verən son hadisələrin əsas gündəm maddələri olduğu iddia olunub.

Xatırladaq ki, Prezident Ərdoğan və Bahçeli sonuncu dəfə iyulun 14-də Beştəpədə görüşüb. 

İki lider 1,5 ay sonra, - bələdiyyə seçkilərinə aylar qalmış yenidən görüşməsi qardaş ölkədə böyük maraqla qarşılanıb.

Tahir

MİA.AZ