ATV-də yayımlanan və illərdir böyük maraqla izlənilən “Kim milyoner olmaq istər" yarışmasının mükafat fondu artırılır.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Kim milyoner olmaq istər"in ən yüksək mükafat fondu 1 milyon tl-dən 5 milyona qaldırılacaq.
Kənan İmirzalıoğlunun aparıcılıq etdiyi yarışma proqramının rəhbərliyi bunu ölkədə dəyərdən düşən milli valyuta ilə əlaqələndirib.
Bildirilir ki, yeni mövsümdə dəyişiklik rəsmən elan olunacaq.
Fərid
MİA.AZ