31 mart 2024-də Türkiyədə keçiriləcək bələdiyyə seçkiləri qardaş ölkə siyasətini yenidən isidib.
Mia.az Türkyə mətbuatına istinadla xəbər verir ki, budəfəki seçkidə CHP Ankara Böyükşəhər Bələdiyyə sədrliyinə Mansur Yavaşın deyil, başqa namizədin - CHP-nin şinelindən çıxmış birinin namizədliyini verəcək.
Bu barədə Türkiyənin “Cümhuriyyət” qəzetində dərc olunan məqaləyə görə, CHP sədri Kamal Kılıçdaroğlu “Mənsur bəy yenidən namizəd olmalıdır” desə də, 28 may prezident seçkiərindən sonra partiyada başlayan “dəyişiklik dalğası” təzyiqi ortaya fərqli mənzərə çıxara bilər.
Xəbərdə deyilir ki, İYİ partiya sədri Meral Akşenerin Mansur Yavaşı öz partiyasının çətiri altına almağa cəhd eləməsi hazırda qeyri-müəyyənlik yaradıb: "Bu, baş verərəsə, CHP məcburən öz namizədini ortaya çıxaracaq. Əslində, Mansur bəyin hələ də öz namizədliyini elan etməməsi də Akşenerin avqustun 26-da gözlənilən seçki bəyanatına görədir. Hər şey 26 avqustdan sonra aydınlığa qovuşacaq".
İddiaya görə, fərqli vəziyyət yaranarsa, CHP Mansur Yavaşın yerinə CHP-nin şinelində "böyüyən" levent Gökü önə verəcək: "Onun indidən Mansur Yavaşın yerinə namizəd olmasını israrla tələb edən xeyli CHP-li var".
Zülfiyyə
MİA.AZ