Türkkiyənin Kopenhagen və Haaqadakı səfirliyi qarşısında Quran kitabının yenidən yandırılması rəsmi Ankaranı hərəkətə keçirib.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, baş verən ikrah doğuran hadisəyə görə Türkiyə Xarici İşlər Nazirliyi Danimarkanın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili və Hollandiyanın Ankaradakı səfirini Xarici İşlər Nazirliyinə çağıb.
Məlumata görə, hər iki ölkə diplomatından baş verənlərlə bağlı izahat tələb olunub və onlara Ankaranın rəsmi etirazı təqdim olunub.
Zülfiyyə
MİA.AZ