Türkiyədə dollar və avronun məzənnəsi qalxır, qızıl da buna paralel olaraq bahalaşır.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu gün saat 13.00-a olan məlumata görə, dollar 27 lirəni ötüb: "Artıq bir dollar 27 TL-yə, avro isə 30 TL-yə dəyişdirilir".
Məlumata görə, ən ucuz bir qram qızıl isə 1680 lirəyədir.
Samir Musayev
Mia.az