Dünya Qızıl Şurası 2023-cü ilin ikinci rübü üçün ölkələrin Mərkəzi Banklaırnın qızıl alqı-satqısı barədə hesabat açıqlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hesabata görə, dünya səviyyəsində ikinci rübdə mərkəz banklarının qızıl alışları əvvəlki rüblə müqayisədə 35 faiz azalaraq 102,9-a enib.
Şura hesabatda bildirib ki, buradaTürkiyə Respublikası Mərkəzi Bankının ötən rüblə müqayisədə satışı azaltmasının təsiri olub.
Məlumata görə, Türkiyə Mərkəzi Bankı ilin birinci rübündə - dəhşətli zələzləni baş verdiyi fevral ayı və seçki prosesinin getdiyi mart aylarında 132,23 ton qızıl satıb: "Beləliklə, bununla da Türkiyə Mərkəzi Bankının qızıl ehtiyatı 439,75 tona qədər azalıb. Türkiyədən sonra ən çox qüızıl satan ölkə isə 18,5 tonla Qazaxıstandan olub. 2023-cü ilin ikinci rübündə ən çox alış-veriş edən Mərkəzi Banka gəldikdə, bu, Polşa olub. Polşa Mərkəzi Bankı 48,41 ton qızıl alıb. Çin Mərkəzi Bankı isə 45,10 tonla ikinci yerdə qərarlaşıb".
Hesabatda o da deyilir ki, Türkiyə Mərkəızi bankənın bir daha bu qədər qızıl satacağı gözlənilmir.
Samir MUSAYEV
MİA.AZ