Türkiyənin turizm gəliri iqtisadiyyatın can damarı olmağa davam edir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 2023-cü ildə bu günə qədər Türkiyəyə gələn rusiyalı turistlərin sayı 2 milyon 600 mini keçib.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə say 79 faiz artıb.
Qeyd olunub ki, rus turistlər əsasən İstanbula qısamüddətli tranzit səfərlər ediblər: "Bununla yanaşı, bu ilin ilk yarısında Antalyaya 1 milyon 300 min, Muğlaya 124 min 300, İzmirə 21 min rus turist gəlib".
Lamiyyə
MİA.AZ