Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinə birinci müavin təyin edilib.
Mia.az Bakupost.az-a istinadla xıbər verir ki, müvafiq əmrlə Bəhruz Qulyev Gömrük Komitəsi sədrinə birinci müavin təyin olunub.
Mia.az xəbər verir ki, V.Quliyev 30 sentyabr 1981-ci ildə Tovuz rayonunda anadan olub.
2003-cü ildə Milli Aviasiya Akademiyasının Avianəqliyyat İstehsalatı fakultəsinin əyani şöbəsinə daxil olmuşdur.
2008-ci ildə həmin Akademiyanı avianəqliyyat istehsalatının təşkili ixtisası üzrə bitirmişdir.
2011-ci ildə Baki Dövlət Universitetinin Hüquq fakultəsinə daxil olmuş, 2015-ci ildə Hüquqşünas ixtisasını bitirmişdir. Milli Aviasiya Akademiyasının doktorantıdır
2009-cu ildən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 2-ci sərnişin şöbəsinin inspektoru, 2011-ci ildən həmin şöbənin baş inspektoru, 2013-cü ildən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini, 2015-ci ildən rəisin birinci müavini, 2018-ci ildə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifələrində işləmişdir.
7 yanvar 2022-ci ildən Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Rəisi vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2 avqust 2022-ci il Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
2018-ci ildə “Dövlət Qulluğunda fərqlənməyə görə” medalı, 2021-ci ildə "Hərbi Əməkdaşlıq Sahəsində Xidmətlərə görə" medalları ilə təltif olunub.
Ailəlidir, 4 övladı var..
MİA.AZ