Prezident Ərdoğan NATO sammiti üçün Litvaya getməzdən əvvəl hava limanında açıqlama verib.

Mia.az NTV-yə istinadla xəbər verir ki, Ərdoğan isveçin NATO üzvlüyünə qəbula razılıq vermələri üçün Avropa ölkələri qarşısında şərt qoyub.

Prezident 50 ildir Türkiyəni AB-nin qapısında gözlətdirən ölkələrə səslənib: "50 ildir Türkiyəni AB-nin qapısında gözlətdirən ölkələrə səslənirəm. Birinci Türkiyənin Avropa Birliyində yolunu açın, sonra  NATO-da İsveçin yolunu açaq. Bundan sonra Finlandiyaya yol açdığımız kimi, İsveçin də yolunu açaq. Biz Türkiyəyik. Keçirəcəyim görüşlərdə bunları ifadə edəcəyəm".

Lamiyə

MİA.AZ