Barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilən sabiq deputat, tanınmış iş adamı Nazim Bəydəmirli 1 Saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
Mia.az-ın məlumatına görə, bu barədə Gununsesi.info-ya sabiq deputatın yaxınları bildirib.
Məlumata görə, Nazim Bəydəmirli hazırda təcridxanada karantin otağındadır.
Xatırladaq ki, DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov iyulun 4-də KİV-ə ünvanlı açıqlamada deyib ki, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib: "O, cari il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib. Hazırda N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb, araşdırmalar davam etdirilir".