Türkiyədə ən aşağı məmur maaşının 22 min lirəyə (1433 manat- Mia.az) qaldırılmasını ehtiva edən qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə göndərilib.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, layihədə məmurların maaşına təsir edəcək yüzdə 17,55 inflyasiya fərqinə əlavə olaraq 8 min 77 lirə xalis artım da ediləcək.
AK Partiyanın TBMM-dəki fraksiya rəhbəri Abdullah Gülər deyib ki, bununla da ölkədə ən az maaş alan məmurun əməkhaqqısı 22 min 17 lirəyə yüksələcək.
Lamiyə
MİA.AZ