Əməkdar artist Mehriban Xanlarova
"Xəzər” telekanalında yayımlanan "5/5” verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, aktrisa valideynləri ilə bağlı maraqlı
etiraf edib. O, atası və
anasının lal olduğunu bildirib:
"Bunu
deməkdən utanmıram. Qüsurlu insanlardan utanmamışam. Anam
və atam nitq qüsurlu olub. Evdə iki qız, iki oğlan olmuşuq. Onların varlığı ilə
də qürur duyuram. Üç yaşım olana qədər səs eşitməmişəm. Lal dilində,
hərəkətlərlə başa düşmüşəm. Üç yaşım olanda mənə kimsə desəydi, get, stəkanı
gətir, başa düşməyəcəkdim. Onun üçün mənə lal hərəkətləri etməliydi. Atam
dünyasını dəyişib, anam sağdır”.