Türkiyə Mərkəzi Bankının yeni və ilk qadın sədri Hafize Gaye Erkan rəsmən vəzifəsinin icrasına başlayıb.
Mia.az Türkyə mətbuatına istinadla xəbər verir ki, bu gün onuunla bankın əvvəlki rəhbərliyi arasında təhvil-təslim prosesi olub.
Bununla bağlı keçirilən görüşdə yeni sədri sələfi Şahap Kavcıoğluna və Ərdoğana təşəkkür edib: "Cənab Kavcıoğluna son 2 ildə göstərdiyi xidmətlərə görə təşəkkür edərəm. Komandanızla çətin bir proses həyata keçirdiniz. Zəhmətləriniz üçün sizə təşəkkür edirik. Bilmənizi istərdim ki, dəstəyinizi, xidmətlərinizi ölkəmiz və Mərkəzi Bankın əməkdaşları hər zaman xatırlayacaq. Ayrıca, bizə etimad göstərən prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm".
Mərkəzi Bankıın Tənzimləmə və Nəzarət Agentliyinin sədri vəzifəsinə təyin olunan Kavcıoğlu Erkana Türkiyə üçün fəaliyyətində uğurlar arzulayıb.
Samir Musayev
MİA.AZ