Rusiya prezidenti Putin bu il 55-60 milyon ton civarında taxıl ixrac edəcəklərinin proqnozunu verib.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Putin bu barədə kənd təsərrüfatı sektoru rəsmiləri ilə keçirdiyi toplantıda danışıb.
O bildirib ki, ölkəsi 2022-ci ildə 158 milyon ton taxıl yığımı ilə rekord istehsala nail olub: "Rusiyanın sanksiyalara baxmayaraq taxıl ixracatını davam etdirir. Rusiya keçən il kənd təsərrüfatı məhsulları ixracını 41,6 milyard dollara çatdırıb. Bu il is\ taxıl ixracımızın 55-60 milyon ton civarında olacağını gözləyirik”.
Xatırladaq ki, qlobal taxıl bazarında 19 faiz paya malik Rusiya dünyanın ən böyük taxıl ixracatçısıdır.
Samir Musayev
MİA.AZ