Türkiyə Milli Komandasında alman baş məşqçisi Stefan Kuntz dövrü bitib.
Mia.az xəbər verir ki, bu iddia ilə "Fanatik" qəzetinin idman müxbiri Ömər Necati Albayrak və məşhur jurnalist Tahir Kum sosial şəbəkədə paylaşım ediblər.
Onlar bildirib ki, alman məşqçi yola salınıb: "Onunn yerinə isə "Trabzonspor"dan ayrılan Abdullah Avcı gətirilir. Avcının köməkçisi isə hazırda Hollandiyada top qovan millinin hücumçusu Burak Yılmaz olacaq. Zatən, karyerasının son mövsümünü oynayır".
"Ajansspor" bu iddianı təsdiqləyib. Bildirilib ki, Abdullah Avcının köməkçiləri Burak Yılmazla Egemen Korkmaz olacaq.
Fərid
MİA.AZ