PSJ Lionel Messini cəzalandırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb Lionel Messinin klubun icazəsi olmadan Səudiyyə Ərəbistanına getməsi olub.
Məlumata görə, klub argentinalı ulduzu 2 həftəlik oyunlardan kənarlaşdırıb.
fransanın "RMC Sport" saytının xəbərinə görə, Messi hətta məşqlərdən də uzaqlaşdırılıb: "Qəzəbi soyumayan klub rəhbərliyi onun 2 həftəlik maaşını da kəsib".
Xatırladaq ki, bu mövsüm PSJ-də 37 oyun keçirən Messi 20 qol atıb, 19 məhsuldar ötürmə verib.
Onu da qeyd edək ki, qarşıdakı mövsümdə Messinin "Barselona"da oynayacağı gözlənilir.
Fərid
MİA.AZ