Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 8,75 %-dən 9 %-ə çatdırılması barədə qərar verib.
Mia.az xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 7 %-dən 7,5 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,75 %-dən 10%-ə çatdırılıb.
Yeni uçot dərəcəsi mayın 4-dən qüvvəyə minir.
Məlumata görə, faiz dəhlizinin parametrləri barədə növbəti qərar iyunun 21-də açıqlanacaq.