Son 3 qarşılaşmadan məğlub ayrılan "Giresunspor"da baş məşqçi Hakan Keleşlə yollar ayrılıb.
Mia.az xəbər verir ki, bu barədə "Giresunspor" klubunun başqanı Nahid Yamak açıqlama verib.
O bildirib ki, baş məşqçi Hakan Keleşlə qarşılıqlı razılaşma əsasında yolları ayırıblar.
Xatırladaq ki, Hakan Keleş bu mövsüm "Giresunspor"la 33 matçda 8 qələbə, 9 heç-heçə və 15 məğlubiyyət əldə edib.
"Giresunspor" gələn həftə liqada "Fənərbaxça"nı qəbul edəcək.
Hazırda "Giresunspor" 27 xalla 16-cı pillədə qərarlaşıb.
Fərid
MİA.AZ