Qadın futbolçulardan ibarət Azərbaycan yğmasının ilk dəfə keçiriləcək UEFA Millətlər Liqasındakı rəqibləri müəyyənləşib.
Məlumata görə, bu gün keçirilən püşkatmanın nəticəsində yığma C Liqasının III qrupuna düşüb.
Siyasət Əsgərovun kollektivi Monteneqro, Kipr və Farer adaları ilə mübarizə aparacaq. İlk turun oyunları 20-26 sentyabr tarixlərində keçiriləcək(Report).