"Survivor" yarışmasında məşhurlaşan futbolçu Aycan Yanaç "Fatih Karagümrük" komandası ilə anlaşıb.
Mia.az xəbər verir ki, bu barədə İstanbul klubu açıqlama yayıb.
Məlumata görə, Acun Ilıcalının "Survivor" yarışmasında daha çox tanınan gözəl oyunçu ilə "Fatih Karagümrük"ün Qadın Futbol Komandası 1 illik müqavilə imzalayıb: "2023/2024 mövsümü üçün yarımmüdafiəçi Aycan Yanaçla müqavilə bağladıq. Gələn mövsümdən etibarən "Karagümrük" formasını geyinəcək Aycan Yanacı ailəmiz adına salamlayırıq".
Xatırladaq ki, 1998-ci il təvəllüdlü futbolçu sonuncu dəfə "ALG Spor"da çıxış edib.
Fərid
mia.az