İtaliyanın "Atalanta" komandasında çıxış edən Türkiyə millisinin müdafiəçisi Merih Demiral ölkə gündəminə "oturub".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Merih Demiral və "Atalanta"nın italiyalı məşqçisi Gian Piero Gasperini arasında dava düşüb.
Davanın dəqiq səbəbi açıqlanmasa da, tərəflərin bir-birinə əl-qol ataraq, ağır söyüşlər söydüyü bildirilir.
Məlumatda o da xatırlanır ki, hələ mövsümün əvvəlində Türkiyə millisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlunun "İnter"ə keçidi zamanı Merih Dəmirallə də belə təklif gəlib. Lakin həmin vaxtı "Atalanta"nın məşqçisi Gian Piero Gasperini oyunçunu buraxmayıb.
Fərid
Mia.az