İtaliya kuboku uğrunda mübarizənin finalçıları bəlli olub.
Mia.az xəbər verir ki, ötən axşam yarımfinalın ilk oyununda səfərdə "Kremoneze"ni 2:0 hesabı ilə məğlub edən "Fiorentina" cavab görüşündə qolsuz bərabərə qalaraq finala vəsiqəni təmin edib.
Bununla da "Fiorentina" mayın 24-də Roma Olimpiya Stadionunda keçiriləcək finalda “İnter”ə rəqib olub.
Xatıırladaq ki, İtaliya kubokunun son çempionu "İnter" bu kuboku 8 dəfə qazanıb. "Fiorentina" isə 6 dəfə İtaliya kubokunun sahibi olub.
Fərid
Mia.az