İspaniya La Liqasında "Real Madrid" səfərdə "Girona" komandası ilə qarşılaşb.
Mia.az xəbər verir ki, oyunda gözlənilməz nəticə alınıb.
Belə ki, ilk hissədə 2-1 uduzan "Real" ikinci hissədə qapısında daha 2 qol görüb və bunlardan yalnız birinin əvəzini çıxıb.
Beləliklə, "Real" səfərdə zəif rəqibinə 4-2 hesabı ilə məğlub olub.
Oyunda diqqətçəkən digər məqam budur ki, ev sahibinin 4 qoluna da eyni oyunçu - argentinalı Valentin Kastelyanos imza atıb. O, 12, 24, 46 və 62-ci dəqiqələrdə "Real"ı mərkəzə dəvət edib. Madrid komandaısnın qollarını isə 34-də Vinisius Junior, 85-də isə Lukas vurublar.
Bu oyundan sonra "Real" 65 xalla 2-ci pillədə, "Girona" isə 41 xalla 9-cu pillədə qalıb.
"Real Madrid" növbəti həftədə "Almeriya" ilə evində, "Girona" isə səfərdə "Sevilya" ilə "döyüşəcək".
Fərid
MİA.AZ