"Qalatasaray"ın mövsümün əvvəlində PSJ-dən icarəyə götürdüyü Mauro İkardinin elçiləri günü-gündən artır.
Mia.az xəbər verir ki, bu barədə "Sport Italia" nəşri yazıb.
İtalya mətbuatı qeyd edir ki, "Yuventus" hazırda "Qalatasaray"da çıxş edən PSJ-nin oyunçusnu heyətinə qatmağa hazırlaşır.
Məlumata görə, 30 yaşlı futbolçunu uzun müddətdir izləyən "ağ-qara"lar mövsümün sonunda masaya oturacaq: ""Yuventus" İkardi üçün PSJ-yə 15 milyon avro təklif edəcək. Bpyük ehtimalla PSJ 18 milyon tansfer haqqı olan İkardi üçün 15 milyona razılaşacaq".
Xəbərdə o da deyilir ki, hazırda illik maaşı 6 milyon 750 min avro olan İkardinin maaşının 6 milyonunu PSJ, 750 min avrosunu isə "Qalatasaray" ödəyir: "Böyük ehtimalla "Qalatasaray" da onu heyətində saxlamaq üçün 15 milyondan keşməyə məcbur qalacaq".
Fərid
MİA.AZ