Superliqanın 30-cu həftəsində səfərdə "Sivasspor"un qonağı olan "Trabzonspor" yeni çalışdırıcısı xorvat Nenad Bjelica ilə ilk matçına çıxıb.
Mia.az xəbər verir ki, oyun "Sivasspor"un qələbəsi ilə bitib - 4:1.
Qarşılaşmaya sürətli başlayan "Trabzonspor" 11-ci dəqiqə Lazar Markoviçlə hesabda önə keçib.
Lakin meydan sahibləri 27 və 58-ci dəqiqədə Samu Saiz, 37-ci dəqiqədə Ərdoğan Yeşilyurt və 90+3-də Kaysedonun qolu ilə qalib gəlib.
Onu da qeyd edək ki, oyunun 22-ci dəqiqəsində "Trabzonspor"lu Larsen kobud oyuna görə meydan qovulub.
Bu qləbə sayəsində "Sivasspor" 34 xalla 10-c yerə qalxıb. "Trabzonspor" isə 45 xalla 6-cı yerdə qalıb.
Fərid
Mia.az