Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsində daha iki oyun keçirilməklə yarımfinalçılar bəlli olub.
MİA.AZ xəbər verir ki, "Bavariya" ilk oyunda 3-0 uduzduğu "Mançester Siti"ni sınağa çəkib. Lakin Qvardiolanın komandası oyunu heç-heçə bitirməklə adını yarmfinala yazıdırıb - 1:1. (Ümumi hesab 1-4)
"Mançester Siti"ni yarımfinalda çətin "Real Madrid" "döyüşü" gözləyir.
Türkiyə millisinin oyunçuusu Hakan Çalhanoğlunun komandası “İnter” isə evində “Benfika” ilə 3:3 bərabərə qalsa da, ilk oyundakı 2-0 hesblı qələbəsinə görə yarımfinala çıxıb. "İnter" yarılmfinalda "Milan"la oynayacaq.
Xatırladaq ki, yarımfinal oyunları 9-10 və 16-17 may tarixlərində, final isə İstanbulda Atatürk Olimpiya Stadionunda iyunun 10-da keçiriləcək.
Fərid
Mia.az