“Fənərbaxça” geridə qaldığı matçda “Başakşəhər”i məğlub edib.
Mia.az xəbər verir ki, “Fənərbaxça” “Başakşəhər”ə 2-1 hesabı ilə qalib gəlib.
"Başakşehir"in ilk yarını Aleksiçin qolu ilə 1-0 bitirdiyi matçda sonradan meydana daxil olan Joao Pedro 88 və 90+3-də vurduğu qollarla Jorge Yesusuun komandasına qələbə qazandırıb.
Onu da qeyd edək ki, "Başakşehir"li Ömər Ali Şahiner 70-ci dəqiqədə qırmızı kartla meydandan qovulub.
Bu qələbə sayəsində "Fənərbaxça" Qalatasaray"la aradakı xal fərqini yenə 6-ya endirib.
Fərid
MİA.AZ